QIRMIZI BÖYÜRTKƏN

О книге

Автор книги - . Произведение относится к жанрам остросюжетные любовные романы, короткие любовные романы, классическая проза. Оно опубликовано в 2024 году. Книге не присвоен международный стандартный книжный номер.

Аннотация

Onunla dostluq etmək çətindir, çünki çox dürüstdür.Düşmən olmaq da mümkün deyil, çünki çox güclüdür.Dünya ədəbi elitasının ən çox oxuduğu Azərbaycanlı yazıçı olmasından dolayı vətənində də istedadsız insanların onunla rəqabət aparmaları cəhdi gülünc doğuracaq dərəcədə utanvericidir.Vahid Məmmədli ilə tanışlığımdan sonra mən anladım ki, Türk və müsəlman olmağımdan qürur duymalıyam.Çünki hər özünə yazıçı deyənlərin cild cild romanlarda deyə bilmədiklərini bir hekayədə deyə bilən yalnız odur…Yəhya Koç.

Читать онлайн Vahid Məmmədli - QIRMIZI BÖYÜRTKƏN


Qırmızı böyürtkən

Enli yol kəndin düz ortasından keçərək, onu iki yerə bölür. Kəndin arxasında meşəliklərlə örtülü uca dağlar, bir qədər aşağıda isə şam və küknar meşələridir. İrəlidə kənd dənizin qumlu sahillərinə dirənir. Bu kənd bəlkə də dünyanın ən gözəl kəndidir. Özü də sərhəddə yerləşir. Bax meşənin arxasında görünən o dağların üstü ilə sərhəd xətti uzanır. Həmin xəttin o biri tərəfində Şərqin ən qədim və ən böyük ölkələrindən biri yerləşir…

Uzun illər sərhədlər bağlı idi. Bu gözəl kənddən sərhəddin o biri tayında yerləşən ölkəyə gedib-gəlmək kənd sakinləri üçün mümkünsüz idi.İndiki kimi asan deyildi. Əvvəlki quruluş ləğv olunana qədər insanlar əkin sahələrində becərdikləri məhsulu dövlətə təhvil verib, aldıqları əmək günü məvacibi hesabına dolanırdılar. Amma bu kənd camaatının əlavə gəlir yeri də vardı.

Hər il may ayının ortalarından payıza qədər, kəndin uşağından tutmuş qocasınadək kəndin ətrafında, meşə qırağında və elə bəzilərinə həyət çəpəri olan böyürtkən kollarının meyvələrini vedrələrə yığıb, satmaq üçün, hərə öz həyətinin qapısı ağzında üzü şəhərə, ordan da şimala və daha neçə -neçə ölkələrə gedib çıxan yol boyu düzürdülər.Beləliklə də kənd camaatı dolanır, oğul-uşaq sahibi olurdular.O vaxtlar kənddə iki böyük ev var idi. Biri sədrin idi, o birisi isə kənd məktəbinin direktorunun.

Amma illər keçdi… Əvvəlki quruluş dağıldıqdan sonra sərhədlər açıldı. Bütün ölkədən, elə bu kənddən də sərhəddin o biri tərəfindəki ölkəyə gediş -gəliş asanlaşdı.Sərhəddə böyük gömrük məntəqəsi açıldı.

İndii kənddə çox şey dəyişmişdi.Kənd camaatının geyimindən tutmuş, bəzi adətlərinədək.Hər gün də kəndin ortasından keçən ana yol ilə bir-birindən qəşəng, rəngarəng traylerlər şütüyürdü. Çox uzaq ölkələrdən yola çıxıb ta şimala kimi gedib çıxan traylerlər…


Amma kənddə bir şey dəyişməmişdi. Bu da yenə enli yol boyu, hər kəsin həyət qapısı ağzında düzülmüş içəriləri böyürtkən dolu vedrələr…


qırmızı börütkənBu kənddə bir qeyri adilik də vardı.Bu da onda idi ki, kənddə əsasən qırmızı böyürtkən bitirdi. Qara böyürtkən tək-tək adamların həyətlərinin ətrafında kök salmışdılar. O vaxtlar qara böyürtkənlərə tələbat daha çox idi. Daha da baha satılırdı. Şəhərdən gələnlər əsasən qara böyürtkən almaq istəyirdilər.Və bu kənddə ən çox qara böyürtkən kolları olan həyət Ünalın ata-anasının yaşadığı həyət idi. Ünal sərhədlər açıldıqdan xeyli sonra doğulmuşdu…


Рекомендации для вас