QIRMIZI ilə SELFİ

О книге

Автор книги - . Произведение относится к жанрам современные любовные романы, короткие любовные романы, домашние животные. Оно опубликовано в 2024 году. Книге не присвоен международный стандартный книжный номер.

Аннотация

Amerikanın tanınmış kitab redaktorlarından biri, Hollivudun senari yazarı Devid Ferris Vahid Məmmədlinin “Qırmızı ilə selfi” əsəri barədə yazdığı rəydə bildirir ki, bu kitab az sözlə çox məna kəsb etməyi, bir deyil, bir neçə hekayəti nəql etməyi bacarır, insanla heyvanlar arasındakı fərqlilikləri, Bakının rəngarəngliliyini göstərməklə həm ölkəsini tanıdır, həm də dünyaya sevdirir… Gənclər və uşaqlar üçün maraqlı olmaqla yanaşı, yaşlı nəsli də düşündürür…

Читать онлайн Vahid Məmmədli - QIRMIZI ilə SELFİ


Bizim küçə Bakının köhnə məhəllələrindən birində yerləşir. Bakının İçəri şəhəri, Qız qalası, dənizkənarı bulvarı kimi bizim məhəllənin də öz koloriti var. Burada yaşayanların çoxu vaxtilə ölkənin bütün regionlarından xoşbəxtlik dalınca paytaxta köçənlərin nəvə-nəticələridir. Onların arasında müxtəlif peşə sahibləri, varlısı, kasıbı var və bu məhəlləni özlərinə məskən seçmişlər.

Mən uşaqlığımdan bu insanların çöhrəsində təbəssüm görmüşəm… Bəlkə də xoşbəxtlik dalınca vaxtilə Bakıya köçmüş babalarının ruhları şad olsun deyə onlar daim gülümsəyirlər…

Şəhər kənarında yerləşməsinə baxmayaraq məhəlləmizin də öz milyonçular küçəsi, mərkəzi xatırladan orta məhəllə və yeni tikilən göydələnlərlə əhatə olunmuş kənar məhəlləsi var… Küçəmiz orta məhəllədədir, arxası milyonçular məhəlləsinə dirənir. Əslində o məhəllədə yaşayanların həqiqətən də milyonçu olduqlarını heç kim bilmir. Sadəcə həmin məhəllədə tikilən villalar bir-birindən gözəl və yaraşıqlı olduqlarından, hamı o küçəni «milyonçular məhəlləsi» adlandırır.

Bizim məhəllə uşaqlarının bir cəhəti onları digərlərindən fərqləndirir. Küçəmizdəki uşaqlar bir-birləri ilə yaş fərqlərinə görə deyil, öz maraq dairələrinə görə otur-dur edirlər. Yəni, quşbazlar, itbazlar, ekzotik balıq saxlayanlar, at həvəskarları, pişik azarkeşləri, dovşan, tısbağa, dəniz siçanı saxlayanlar…

Düzdür bu qrupların içərisində eyni zamanda futbol, avtomobil, geyim, musiqi azarkeşləri üstünlük təşkil etsə də məhəllə adamlarının heyvanlara olan sevgisi bir başqadır.

      Mən məhəllədəki azarkeşlər qrupunun hələlik heç birində qəti qərar tuta bilməmişdim. Bunun da bir səbəbi vardı… Mənim kitablara olan sevgim…

      Bəzən sevdiyim bir kitabı kitabxanadan götürüb evə qayıtdıqda məhəllə uşaqlarının yanında ayaq saxlayıb görüşür, kiminsə itinə, pişiyinə, göyərçininə baxırdım. Bu heyvanlara baxa-baxa, həmin heyvanların azarkeşləri ilə söhbət edə-edə kitab oxumaq mümkün olmadığından, onların yanında qərar tuta bilmirdim, kitab oxumağa tələsirdim…

Qonşumuz Sərvaz mənim sinif yoldaşımdır. Hər ikimiz 9”a” sinfindəyik. Sərvaz və qardaşları döyüşkən xoruz növləri saxlayan qrupdadırlar. Qapıbir qonşumuz olduqlarından və xoruz saxlayanlar onların həyətinin qarşısında toplaşdıqlarından mən bu qrupun üzvləri ilə daha çox təmasda olurdum.


Рекомендации для вас