Leyli və Məcnun

О книге

Автор книги - . Произведение относится к жанрам остросюжетные любовные романы, любовное фэнтези, исторические любовные романы. Оно опубликовано в 2024 году. Книге не присвоен международный стандартный книжный номер.

Аннотация

Vahid Məmmədli özünün "Leyli və Məcnun" romanı ilə modern yeniliklərə tabe olan dünyanın önünə Eşq təlimi ilə çıxıb. Əsəri oxuyarkən şüurumuzda, şüuraltımızda irfani dəyərlər və anlayışlarla bağlı sakral bir qat açılır. Deyilənlərdən başqa bir də deyilməyən, görülənlərdən başqa görülməyən nəsnələr yaddaşımızda geriyə doğru uzun məsafələr qət edir. Yığılmış bədii təcrübə və təhtəlşüurun arxetipləri bərabərləşib yeni modelin sxemini müəyyənləşdirmiş olurlar. Vahid Məmmədlinin "Leyli və Məcnun" əsəri bu mənada, yeninin modelini sərgiləyir…( Elnarə Akimova)

Читать онлайн Vahid Məmmədli - Leyli və Məcnun



Hər şey çox gözəldi, ta ki vəzir Valid ibn Tarifinin Şəmsi saraya gətirdiyi günə kimi…

…Bərdənin ən gözəl vaxtları, yaz çağıydı. Hökmdar bihuşedici ətirləri ətrafa yayılan rəngarəng qızılgülləri, tərtəmiz mavi səmanı pəncərədən seyr edir, bülbüllərin cəh-cəhini dinləyirdi. Cənnəti bu dünyada qazandığından əmin olan ibn Məhan: “Mən güclüyəm… Mən hakimi-mütləqəm… Bu cənnət bağındakı güllərdən daha gözəl olan hurilər hər gün Allahın mənə yeni mükafatıdır…” – deyə Tanrının seçilmiş bəndəsi olduğu üçün kim bilir neçənci dəfə qürrələnirdi. Gəncliyini eyş-işrətdən başqa bir şeyə sərf etməyi fürsəti fövtə vermək ağılsızlığı hesab edirdi. Tək istəyi bu cənnət bağında elə bu minvalla da ömür sürməkdi. “Onsuz da Arrandan Şirvana kimi təbəələrim quzu kimi sakit, itaətkardır. Hər şey necə də gözəl vaqe olur, ilahi!… Valid ibn Tarifi kimi bir vəzirimin olması da taleyin lütfüdür, xalqı ovcunun içində sıxıb saxlayır. Vəzirim güclüdür, öz hökmdarını düşünür, taxt-tacımı qoruyur…” – ibn Məhan arabir qurtumladığı şərabdan daha çox öz düşüncələrindən məst olurdu.

Üzünü yana çevirəndə qarşısında at belində bir huri-mələk canlandı, gözlərinə inanmadı. İndiyə kimi əlindən yüzlərlə kəniz keçirmiş ibn Məhan gördüyü bu gözəlliyi xəyal belə edə bilməzdi. Beyni dumanlı olduğundan gözlərini yumub yenidən açdı. Yox, bu, xəyal deyildi! At aramla addımladıqca üstündəki məxluqun hər əzası sanki ayrı-ayrılıqda hərəkət edir, qızın bədəninin hər tərəfi ona fərqli cənnət meyvələrini xatırladırdı. İbn Məhan şəhvətindən az qalırdı, elə indicə irəli atılıb qızı atın belindən güllərin üstünə endirib…

Özünü ələ ala bilməyəcəyini görüb, qulluğundakı Xacə Məluma bağırdı. Xacə bir göz qırpımında onun qarşısına keçib təzim elədi:

– Buyurun, hökmdar!

İbn Məhan ötüb-keçən atlıya başı ilə işarə edib soruşdu:

– Mən xəyalmı görürdüm?

Xacə Məlum gözünü hökmdarın ayaqları altındakı Şirvan xalısından çəkmədən dilləndi:

– Xeyr, hökmdar, xəyal görmürdünüz. At belindəki Valid ibn Tarifinin yeni kənizidir, – deyə çətinliklə udqundu. Vəzirin yeni kənizinin gözəlliyi Xacə Məluma xədimliyini unutdurmuşdu.

– Vəziri çağırın! – hökmdar qəzəblə əmr elədi.

Ömrü boyu həyəcanlanmamışdı. Yeniyetməliyində dağların arasındakı kəndlərindən at belində enib, çay boyunca ələ keçirdiyi qoyun-quzunu qabağına qatar, yenidən dağlara çəkilərdi. Bir tükü də tərpənməz, üzünün ifadəsi dəyişməz qalardı. Bir adam bilməzdi ki, bu anda vəzir nə düşünür. Bu, Tarifinin ən böyük silahı idi, vəzirliyə də bunun sayəsində gəlib çatmışdı.


Рекомендации для вас