Qadın taleyi

О книге

Автор книги - . Произведение относится к жанрам классическая проза, пьесы и драматургия. Оно опубликовано в 2025 году. Книге не присвоен международный стандартный книжный номер.

Аннотация

“Qadın taleyi” – susqunluqdan doğulan bir səsin, yoxluq içində öz varlığını tapmaq istəyən bir qadının hekayəsidir.

Sona – adı bilinməyən, xəritəyə düşməyən bir kənddə dünyaya gəlir. O, heç vaxt öz fikrini açıq deyə bilməyib, çünki ətrafdakı səssizlik və itaətkarlıq içində böyüyüb. Ancaq onun içində bir dünya yaşayır – dillərə sığmayan, dar otaqlara yerləşməyən bir dünya. Bir gün, o dünya onu sükut içindən çəkib çıxarır: o, heç kimə heç nə demədən Ukraynaya gedir. Soyuq bir dekabr ayinda…

Bu roman – qadının daxili çevrilişi, öz səsini tapmaq, yazmaq, yaşamaq və sevmək haqqındadır. Sona zavodda işləyir, axşamlar dərsə gedir. O, azadlığı axtarır – səsin, sözün və var olmağın azadlığını. Yol boyu qarşısına çıxan qadınlar, müəllimlər, dostlar onu bir az da özünə yaxınlaşdırır.

Amma bu sadəcə bir taleyin hekayəsi deyil. Bu, həm də itirilmiş bir həyatın davamı, danışılmayanların nəhayət səslə yazılmasıdır. Çernobılda itirilən bir qızın susqunluğu, Sona’nın yazısında canlanır.

Читать онлайн Parvana Saba - Qadın taleyi



Birinci fədil – Susqunluğ içində doğulan hekayə.

Hər bir qadının həyatı, sətirləri göz yaşlarıyla, gülüşlərlə, susqunluqla yazılmış bir romandır. Bəziləri həyatını komediya sanır, bəziləri taleyini bir faciə kimi görür.

Mənim hekayəm isə… nəfəs dolu, sükut içində qışqıran, yağışlı yollarla, qarlı axşamlarla, günəşli səhərlərlə dolu uzun bir yürüşdür. Hər səhifəsi bir fəsil, hər cümləsi bir qaranlıq və ya işıqlı küçədir.

Uzaq bir kənddə doğulmuşdum – nə xəritədə adı vardı, nə Tanrının o an yadında. O evdə, o düşüncə içində, bu başla, bu inadla dünyaya gəlmək həm gülünc, həm də ruhu yoran dərəcədə ağır idi. Zamanın gerisində qalmış düşüncələrin içində nəfəs almaq, özünü qorumaq, ruhunu bütöv saxlamaq əslində bir mübarizə, səssiz bir inqilab idi.

İndi düşünəndə, başımdan bir duman qalxır, içimdən sanki köhnə bir qatarın buxarı keçir. Təkcə mənim deyil, o çağın da, o coğrafiyanın da üstündə qalın bir susqunluq pərdəsi çəkilmişdi. Qaranlıq içində göz açan bir uşaq üçün ən çətin şey – sağ qalmaq deyil, insan olaraq qalmaq idi.

Xatırlayıram… bir gün vardı – içimə qədər donmuşdum. Nə nəfəs vardı içimdə, nə də bir səs. O gün ölüm yanımda dayanmışdı, soyuq nəfəsi dərimin altına dolmuşdu. Mən qorxmamışdım… yox, bu qorxu deyildi, bu içimdəki hər şeyin susduğu bir andı – insanın həyatla barışığı qopduğu an…

Uşaqlıqdan bəri içimdə gizli bir aləm vardı – kimsənin görə bilmədiyi, amma hər qarışı öz qanunları, sərhədləri və rəngləri ilə nəfəs alan bir dünya. O dünya real həyatın sakitliyinə qarşılıq, içimdəki fırtınaların sığınacaq yeri idi. Oxuduğum hər kitab bir qapı kimi açılırdı – o dünyanın sükuta bürünmüş bağçasına açılan gizli keçid, məni tanımadığım şəhərlərə, yabançı diyarlara aparan yol olurdu. O yerlərdə mən qəhrəman idim – sərhədsiz, qorxusuz, göy üzünü doğma bilən, kağızdan düzəlmiş qanadlarla uçan bir qız. Hər dəfə inamla, ehtirasla yüksəlirdim – reallığın divarlarına toxunmadan, içimdəki arzuların yüksəldiyi səmalara doğru.

Anlamamışdım ki, bəzən insanın içində böyütdüyü arzular o doğma evin dar otaqlarına sığmır – onları boğur, nəfəsini kəsir, öz varlığının önünə divar çəkir. Bir gün – nəfəs yetmədiyi bir anda – dedim ki, Ukraynaya getmək istəyirəm. Sadəcə dedim. Səssiz, sadə bir uşaq saflığı ilə, sanki bu fikir havaya buraxılmış bir dilək idi. Atamla anama baxaraq, qorxaraq fısıltı ilə soruşdum: “Getmək istəyirəm…”


Рекомендации для вас