Loqopedik çalışmalar dəftəri
Автор книги - Фараx Исмаилзаде. Произведение относится к жанру детская познавательная и развивающая литература. Оно опубликовано в 2024 году. Книге не присвоен международный стандартный книжный номер.
Bu loqopedik çalışmalar vəsaiti 5-6 yaş uşaqlar üçün nəzərdə tutulub. Peşəkar loqopedin konsultasiyası ilə hazırlanmış bu vəsaitin əsas məqsədi uşağın tələffüzünü yaxşılaşdırmağa yönəlib. Artikulyasiya çalışmaları mübahisəli səsləri (r—l, z—s, j—ş) səlis deməyə kömək edir. Vəsait çox funksiya daşıyır. Belə ki, nağılları və təbiət şəkillərini təsvir etməklə, uşaqlar nəql etmək bacarığını, öz fikirlərini ifadə etməyi öyrənəcəklər. Səslərin tələffüzü nəzərə alınmış şeirlərdə və yanıltmacalarda çətin səslərin avtomatlaşdırılması nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycan əlifbasının bütün hərfləri mərhələ-mərhələ öyrənilir, hər hərfə aid sözlər və ifadələr yazılır. Beynin hər iki yarımkürəsinin inkişafına aid çalışmalar var. Vəsaitdə həm Azərbaycan xalqına məxsus yanıltmacalar, həm də müəllifin yazdığı yanıltmacalar verilib. Astronomik saymacanın rus dilindən tərcüməsi həmçinin müəllifə aiddir.