40-cı gün

О книге

Автор книги - . Произведение относится к жанрам современная русская литература, классическая проза. Оно опубликовано в 2022 году. Книге не присвоен международный стандартный книжный номер.

Аннотация

Hər insan həyatı Tanrının yaratdığı bir möcüzədir, öz istəyi, arzusu ilə, öz sirli və fərqli yolları ilə. Bəzən bu yollarda qəm-dərd gözləyir insanı. Bəzən, sevinc yetirir özünü. Bəzən ayrılıq durur qarşımızda, bəzən vüsal sevindirir bizi. Bütün bu hisslərin başında isə bir qüvvə durur: Məhəbbət! Sexmək və sevimli olmaq – xoşbəxtliyin ilk göstəricisi bunlardır. İnsan nə qədər müstəqil olursa – olsun, sosiyal baxımdan hansı yüksəkliklər fəth edirsə-etsin, fərq etmir. Sevmək və sevilmək tamlaşdırır insan həyatını.

Читать онлайн Xaliq Məmmədov - 40-cı gün


Sesar Bruto. Əgər mən bu adam olmasaydım, görəsən, kim olmaq istərdim

1-ci hissə

Hamımız ona “Qoca”-“Starik” adı ilə müraciət edirdik. Niyə, nə zamandan – bilən yox idi. Adı Viktor olsa da, avtobus parkının böyük kollektivi arasında onun əsl adı ilə tanıyanları barmaqla saymaq olardı. Amma, “Qoca” – desəydin, hamı biləcəkdi söhbət kimdən gedir.

İş yoldaşlarımın sırasında Viktor hamıdan yaşlı idi, həm də çox kitab sevən olduğu üçün, ən çox dünyagörüşlü, savadlı sayılırdı. Onunla söhbət etmək tarixə, hansısa olmuş hadisələrə səyahəti xatırladırdı. Ona qulaq asdıqca, adama elə gəlirdi ki, Viktor oxumadığı kitab, bilmədiyi tarix yoxdur. Hansısa tarixi bir hadisədən elə həvəslə və bacarıqla danışırdı ki, qulaq asanlarda elə təəssurat yaranırdı ki, san ki, Viktor özü həmin tarixi hadisələrin iştirakçısı olub.

Həmişə səliqəli geyinərdi. İşə dəqiqliklə ütülənmiş şalvar-köynəkdə və silinməkdən parıldayan ayaqqabılarda gələrdi. Bürünc rəngli yaraşıqlı sifəti, gözəl formalı burnu, iri çənəsi və təbəssümlü gözləri vəhdət təşkil edərdilər.

Harada, hansı şəraitdə olmağından asılı olmayaraq, özünü olduqca sərbəst aparardı.

Yaş cəhətdən görünüşü çox aldadıcı idi. Viktorun yaşını neçə olduğunu biləndə necə təəccübləndiyimi heç vaxt unutmaram.

İstirahət günüm idi. Avtoparka getmək, avtobusumun texniki vəziyyəti ilə bağlı bəzi işlər görmək lazım idi. Dayanacaqda marşrut avtobusunu gözləyirdim. Nəhayət, lazım olan avtobus gəldi. Sükan arxasında Viktor idi. Avtobus parkında işlədiyim müddət hələlik az olsa da – 3 ay idi ki, işə düzəlmişdim- Viktorla aramızda artıq, gözəl yoldaşlıq münasibəti yaranmışdı. “İkarus” dayanan tək, Viktor qabaq qapını açdı. Keçdim yanına. Salamlaşdıq.

– Səhər-səhər hara, belə?

– Parka getmək lazımdır. Bir-iki xırda işləri görməliyəm, – dedim.

Bir-iki dayanacaq keçmişdik ki, yanımıza, kabinəyə 12-13 yaşlı bir oğlan uşağı girdi. Uşaq salamlaşıb, nəsə dedi, Viktor cavab verdi. Amma, diqqətimi cəlb edən o oldu ki, uşaq danışanda, Viktora bir- iki dəfə “ata” deyə müraciət etdi. Bir-iki dayanacaq gedib, düşdü uşaq. Mən Viktordan sual etdim:

– Uşaq sənə niyə “ata” deyə müraciət edirdi?

– Bəs kimə deməlidir “ata”? Qonşuya deməliydi?

– Sən demək istəyirsən, o oğlan uşağı sənin oğlundur? Sən 15-17 yaşında evlənmisən, yəni?

O şən qəh-qəhə çəkərək, dedi:


Рекомендации для вас