El arasında

О книге

Автор книги - . Произведение относится к жанрам житийная литература, стихи и поэзия, зарубежная поэзия. Оно опубликовано в 2020 году. Книге не присвоен международный стандартный книжный номер.

Аннотация

Əli Seyid Müseyib oğlu Hüseynov (Mirzadə) 1929-cu ildə Laçın rayonunun Alıqulu kəndində anadan olmuşdur. Çətin və şərəfli həyat yolu keçmiş Əli Hüseynov 4 noyabr 2019-cu ildə Sumqayıt şəhərində vəfat etmişdir. Kitabda Əli Hüseynovun şeirlərinin bir hissəsi toplanmışdır.

Читать онлайн Əli Hüseynov Mirzadə - El arasında



Əli Seyid Müseyib oğlu Hüseynov (Mirzadə) 1929-cu ilin avqust ayında Laçın rayonunun Alıqulu kəndində anadan olmuşdur.

Hələ 9 yaşında olanda, atası – Mirzadə Seyid Müseyib Seyid Hüseyn oğlu siyasi fəaliyyətlərinə görə həbs olunaraq 8 il müddətinə sürgünə göndərilmiş və ondan bir daha xəbər alınmamışdır.


Uşaqlığı çox çətin keçsə də, təhsil almaq üçün əlindən gələni etmişdir.

1-ci sinifi Ağcabədi rayonun 3-cü Parax qəsəbəsində, 2-7-ci sinifləri Laçın raynonun Pircahan kənd məktəbində, 7-10-cu sinifləri isə Laçın şəhər məktəbində oxuyub bitirən Əli Hüseynov 1949-cu ildə Azərbaycan Neft Kimya İnstutunun (AZİ) Neft-Mexanika fakültəsinə qəbul olunmuşdur.

İnstutun 1-ci kursunu bitirsə də, təhsilinə davam edə bilməmiş və institutu tərk etməyə məcbur olmuşdur.


1950-ci ildə hərbçi olmaq həvəsi ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki Tbilisi Hərbi Artilleriya məktəbinə daxil olmuşdur.

Burada 2 il hərbi təhsil alan Əli Hüseynov, atasının siyasi fəaliyyətə görə həbs olunduğu bəhanə gətirilərək təhsilini yarım buraxmağa məcbur edilmişdir.


1953-cü ildə Bakıya qayıdan Əli Hüseynov məcburi hərbi xidmətə çağrılmış və Bakı şəhəridə yerləşən Azərbaycan divizyasında (AzDiviziya) hərbi xidmətə başlamışdır.

Burada serjant rütbəsi ilə 3 il müddətində hərbi xidmət keçmiş və 1956-cı ildə tərxis olunmuşdur.

1956-cı ildə doğma yurduna qayıdan Əli Hüseynov 1969-cu ilə qədər öz kolxozlarında briqadir, təftiş komissiyasının sədri vəzifələrində çalışmışdır.

Çalışdığı illərdə fərdi məsuliyyəti və ədalətli qərarları ilə qədirbilən xalqının hörmətini qazanmışdır.


01 oktyabr 1969-cu il tarixində Əli Hüseynov Laçın rayon Rabitə Qovşağının Pircahan kənd Rabitə Şöbəsinə rəis təyin olunur. Rabitə şöbəsinin rəisi işlədiyi 23 il ərzində rayonun və Azərbaycanın ən qabaqcıl rabitə şöbə rəislərindən biri olmuş, yükəsk xidməti Azərbaycan və SSRİ rabitə nazirlikləri tərəfindən hər il keçici bayraq və müxtəlif orden və medallarla təltif olunmuşdur.


Hərbi nizam-intizamı və qanunları yaxşı bilən Əli Hüseynov Pircahan kənd rabitə şöbəsinin rəisi işlədiyi illərdə, 3 il ərzində OADKYC (Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti)-nin tərkibində hərbi hazırlıq müəllimi vəzifəsində işləmiş və bu illərdə Pircahan və Təzəkənd sovetliyində hərbi xidmətdən möhlət almış gənclərə hərbi hazırlıq dərsi keçmişdir.


Рекомендации для вас